Bakının ticarət dövriyyəsi 1% azalıb

Bakının ticarət dövriyyəsi 1% azalıb
  • Clock-gray 18:50
  • calendar-gray 25 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% azalaraq 13 472,8 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artaraq 6 613,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3% azalaraq 6 859,1 mln. manata bərabər olub. İstehlak məhsullarının 31%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər