Bakının ticarət dövriyyəsi ötən ay 5%-dən çox artıb

Bakının ticarət dövriyyəsi ötən ay 5%-dən çox artıb
  • Clock-gray 10:37
  • calendar-gray 28 Fevral 2020

Bu ilin yanvar ayında Bakı üzrə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4% artaraq 1697,8 mln. manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5% artaraq 812,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7% artaraq 885,3 mln. manata bərabər olub. 

İstehlak məhsullarının 29,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date