Bank sektorunun aktivləri qeyri-neft ÜDM-in 65 faizinə çatıb

Bank sektorunun aktivləri qeyri-neft ÜDM-in 65 faizinə çatıb
  • Clock-gray 15:24
  • calendar-gray 02 Aprel 2020

Azərbaycanda 30 bank fəaliyyət göstərir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 14, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların xidmət şəbəkəsi 509 filial, 133 şöbə, 2647 ATM, habelə 19,5 min işçi vasitəsilə təmin edilir.

Sektorun aktivləri 2019-cu il ərzində 10.9 faiz (3.2 milyard manat) artaraq 32.7 milyard manat təşkil edib. Bu da qeyri-neft ümumdaxili məhsulunun (ÜDM) 65 faizidir.

Sektorun aktiv və öhdəliklərinin xarici valyuta hissəsinə müvafiq olaraq 44.1 faiz və 55.6 faizdir. Bank aktivlərinin 45 faizini (14.9 milyard manat) müştərilərə verilmiş kreditlər təşkil edir.

2017 və 2018-ci illərlə müqayisədə 2019-cu ildə kredit aktivliyinin bərpası müşahidə olunub. 2019-cu ildə kredit qoyuluşları 17.5 faiz artıb. Bu da əsasən ev təsərrüfatlarına kreditlərin 22.5 faiz artmasından irəli gəlib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər