"Bir Pəncərə" Mərkəzi iyunda 24 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

"Bir Pəncərə" Mərkəzi iyunda 24 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib
  • Clock-gray 12:50
  • calendar-gray 30 İyun 2020

Bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 23,7 mln. ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 70,3 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Hüseyn Vəliyev

Digər xəbərlər