Böyük Britaniyada mayda mənzillərin qiyməti 2009-cu ildən bəri ən yüksək templərlə azalıb

Böyük Britaniyada mayda mənzillərin qiyməti 2009-cu ildən bəri ən yüksək templərlə azalıb
  • Clock-gray 18:00
  • calendar-gray 02 İyun 2020

Bu ilin may ayında Böyük Britaniyada mənzillərin qiymətləri qlobal maliyyə böhranından bəri ən böyük azalma nümayiş etdirib.

"APA-Economics"in Böyük Britaniyadakı ən böyük ipoteka kreditorlarından biri olan "Nationwide Building Society"yə istinadən verdiyi məlumata görə, mayda mənzillərin orta qiyməti əvvəlki ayla müqayisədə 1,7% azalaraq 218,902 min funt sterlinq (274,8 min ABŞ dolları) təşkil edib. Bu, 2009-cu ilin fevral ayından bəri ən yüksək azalmadır.

May ayında illik artım apreldəki 3,7%-dən 1,8%-ə qədər yavaşlayıb və dekabr ayından etibarən minimal olub.

Qeyd edək ki, Böyük Britaniya martın 23-dən etibarən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunub və bu da mənzillərin alışını və iqtisadi fəallığı azaldıb.

Britaniyada aprel ayında daşınmaz əmlak bazarında edilən əməliyyatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53% azalıb.

Hazırda potensial alıcılar bazara daxil olmaq üçün orta hesabla altı ay gözləməyi planlaşdırır.

APA-Economics

Digər xəbərlər