Bugünkü valyuta hərracında banklar 54 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 54 mln. dollar cəlb edib
  • Clock-gray 12:44
  • calendar-gray 07 İyul 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,3% və ya 0,7 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər