Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib
  • Clock-gray 13:45
  • calendar-gray 14 İyul 2020

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 56,6 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 3,9 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər