Dövlət Maliyyə Nəzarəti Xidməti 26 mln. manatdan çox artıq və əsassız ödənişlər aşkar edib

Dövlət Maliyyə Nəzarəti Xidməti 26 mln. manatdan çox artıq və əsassız ödənişlər aşkar edib
  • Clock-gray 10:06
  • calendar-gray 18 Fevral 2020

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları və aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunan 26 291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14 964,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2019-cu il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date