Dünya Bankı Belarusa 90 mln. avroluq yardım paketini təsdiq edib

Dünya Bankı Belarusa 90 mln. avroluq yardım paketini təsdiq edib
  • Clock-gray 11:55
  • calendar-gray 23 May 2020

Dünya Bankı Belarusun milli səhiyyə sistemini gücləndirməsi və COVID-19 pandemiyasına qarşı təsirli tədbirlər görməsi üçün ölkəyə 90 mln. avro həcmində yardım paketini təsdiqləyib.

"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, sözügedən maliyyə dəstəyi səhiyyə sisteminin koronavirusun ağır hallarını müalicə etmək üçün tibbi avadanlıqlarla, ləvazimatlarla təmin edilməsinə və təlimlərin keçirilməsinə yönələcək.

Layihə çərçivəsində, əhali arasında infeksiyanın yayılmasının qarşısını ala biləcək sosial uzaqlaşma və gigiyena üzrə ən yaxşı təcrübələri təşviq etmək üçün işlər aparılacaq.

Qeyd edək ki, Belarus 1992-ci ildən bəri Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 9 layihə həyata keçirib və bankın ölkədəki cari portfeli 942,71 mln. dollar təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date