Dünya Bankı Hindistana koronavirusla mübarizə üçün 1 mlrd. dollar ayıracaq

Dünya Bankı Hindistana koronavirusla mübarizə üçün 1 mlrd. dollar ayıracaq
  • Clock-gray 09:55
  • calendar-gray 03 Aprel 2020

Dünya Bankı Hindistan hökumətinə koronavirus pandemiyası ilə mübarizə üçün 1 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı ayıracaq. Bu, bank tərəfindən Hindistanın səhiyyə sektoruna verilən tarixin ən irihəcmli dəstəyidir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Dünya Bankının məlumatında deyilir.

Ayrılan vəsait koronavirus müayinəsinin yaxşılaşdırmasına, həmçinin həkimlərin və tibb personalın, tibbi xidmət göstərənlərin və tədqiqat tibb müəssisələrinin dəstəyini təmin edilməsinə yönəldiləcək. Bundan əlavə, vəsait yoluxmuş və risk qruplarına kömək üçün də xərclənəcək. Yardım paketi Hindistan hökumətinə infeksiyanın insandan insana ötürülməsini məhdudlaşdırmaq üçün səyləri sürətləndirmək və epidemiyanın inkişafını dayandırmasına imkan verəcək. Eyni zamanda, səhiyyə sisteminin gücləndirilməsi və xəstəliklərin ötürülməsinə cavab vermə qabiliyyətinin artırılması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, Dünya Bankı ötən gün 25 ölkənin alacağı ilk 1,9 mlrd. dollarlıq yardım paketinin təsdiqlədiyini açıqlayıb. Bundan başqa, hazırda daha 40 ölkənin müraciətlərinə baxılır.

Xatırladaq ki, Hindistanda 2 mindən çox insan koronavirusa yoluxub, virusdan ölənlərin sayı isə 53-ə çatıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date