Ekspert: "Tikintidə yeni vergi rejiminin tətbiqi mənzil bazarındakı qiymətlərə əhəmiyyətli təsir ertməyəcək"

Ekspert: "Tikintidə yeni vergi rejiminin tətbiqi mənzil bazarındakı qiymətlərə  əhəmiyyətli təsir ertməyəcək"
  • Clock-gray 09:30
  • calendar-gray 13 Dekabr 2019

"Azərbaycanda tikinti sahəsində yeni vergi rejiminin tətbiqinin mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq".

Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov gələn ildən qüvvəyə minəcək Vergilər Məcəlləsindəki dəyişikliklərin mənzil bazarındakı qiymətlərə təsirini "APA-Economics"ə şərh edərkən bildirib.

"Tikinti şirkətlərinin marjası əvvəlkinə nisbətən xeyli azalsa da yenə də böyükdür. Əvvəllər marja 80% idisə, hazırda 35-40% civarındadır. Qeyd edək ki, ümumilikdə sənayedə bu göstərici 10-20%-dir. Ona görə də mənzillərin satış qiymətlərinə təsiri inandırıcı deyil", - deyə N. İbrahimov bildirib.

Onun sözlərinə görə, bu addım tikinti sektorunda mühasibatlıq uçotunun normal vəziyyətə gətirilməsi və ölkə üzrə mərkəzləşdirilmiş statistik rəqəmlərə çıxmaq üçün atılır: "Bu dəyişiklik tikinti şirkətlərinin hesabatlarını düzgün hazırlamağı üçündür. Son nəticədə vergi uçotunun aparılmasına nail olunacaq".

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodu ləğv ediləcək və həmin şəxslərin vahid vergi rejimində (ƏDV və mənfəət vergisi metodu) fəaliyyət göstərməsi təmin olunacaq.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date