"Ernst & Young" CQD-nin maliyyə auditini keçirəcək

"Ernst & Young" CQD-nin maliyyə auditini keçirəcək
  • Clock-gray 15:56
  • calendar-gray 17 Fevral 2020

"Ernst & Young" audit şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD) 2019-2021-ci illər üzrə maliyyə hesabatlarının müstəqil auditini keçirəcək.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, bununla bağlı artıq tərəflər arasında müvafiq müqavilə imzalanıb. CQD göstəriləcək xidmətlərə görə "Ernst & Young"a 66 min manat ödəyəcək.

Qeyd edək ki, CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. SOCAR-ın layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.

APA-Economics

Digər xəbərlər

Arxiv

date