"Fitch" "Expressbank"ın dəyərsizləşmiş kreditlərinin artacağını proqnozlaşdırır

"Fitch" "Expressbank"ın dəyərsizləşmiş kreditlərinin artacağını proqnozlaşdırır
  • Clock-gray 17:55
  • calendar-gray 09 İyul 2020

"Fitch" beynəlxalq reytinq agentliyi 2020-2021-ci illərdə "Expressbank" ASC-nin dəyərsizləşmiş kreditlərinin artacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, sözügedən kreditlərin gələcək artımının əsas səbəbləri kimi, bankın məcmu kredit portfelinin 42%-ni təşkil edən təmin edilməmiş istehlak kreditləri və portfelin 14%-ni təşkil edən mikro kreditlərlə bağlı risklərə həssas olması göstərilir.

"Fitch"in mütəxəssislərinin fikrinə görə, "Expressbank" artıq yaxın gələcəkdə kreditlərinin dəyərsizləşməsi ilə bağlı olan zərərlərlə üzləşə bilər.

Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında agentlik bankın emitentin uzunmüddətli defolt reytinqini (IDR) "B" səviyyəsində, reytinq üzrə proqnozu isə "stabil" səviyyədə təsdiqləyib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər