GNERC: Azərbaycan Gürcüstanın əsas qaz və elektrik enerjisi təchizatçısıdır

GNERC: Azərbaycan Gürcüstanın əsas qaz və elektrik enerjisi təchizatçısıdır
  • Clock-gray 13:05
  • calendar-gray 07 İyul 2020

Ötən il Gürcüstanın təbii qaz idxalının 93%-i Azərbaycanın payına düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su təchizatı Tənzimlənməsi Komissiyasının (Georgian National Energy and Water Supply Regulatory Commission – GNERC) deyilir.

Qeyd olunub ki, hesabat dövründə Gürcüstanın təbii qaza olan tələbatının 99,8%-i idxal, 0,2%-i isə yerli istehsal hesabına ödənilib. Bildirilir ki, 2019-cu ildə ölkənin təbii qaza olan tələbatı illik müqayisədə 15% artıb.

Hesabat dövründə Gürcüstanın elektrik enerjisi idxalının isə 68%-i Azərbaycanın, 32%-i isə Rusiyanın payına düşüb.

Səid Babazadə

Digər xəbərlər