Gürcüstan Azərbaycana dəmir ərintilərinin ixracını 32% azaldıb

Gürcüstan Azərbaycana dəmir ərintilərinin ixracını 32% azaldıb
  • Clock-gray 17:00
  • calendar-gray 23 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Azərbaycana dəmir ərintilərinin ixracının həcmi əvvəlki illə müqayisədə 31,7% və ya 2 087,4 ton azalaraq 4 488,9 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ixrac edilən məhsula görə Gürcüstana ödənilən məbləğ 4 974,5 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 38,2% və ya 3 071,1 min dollar azdır.

2018-ci ildə Gürcüstan Azərbaycana 8 045,6 min dollar dəyərində 6 576,3 ton məhsul ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date