Gürcüstan Azərbaycandan gübrə idxalını kəskin artırıb

Gürcüstan Azərbaycandan gübrə idxalını kəskin artırıb
  • Clock-gray 11:00
  • calendar-gray 24 Yanvar 2020

2019-cu ildə Gürcüstan Azərbaycandan tərkibində 2-3 gübrələmə elementi olan mineral və ya kimyəvi gübrələrin idxal həcmini əvvəlki illə müqayisədə 2 747 ton və ya 2,8 dəfə artıraraq 4 214 tona çatdırıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat ilində Gürcüstanın idxal etdiyi məhsulun dəyəri 1 470,3 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,004 min dollar və ya 3,2 dəfə çox olub.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan Azərbaycandan 466,3 min dollar dəyərində  1 467 ton məhsul ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date