Gürcüstan Azərbaycandan mis filizi və konsentratların idxalını ötən il 67% azaldıb

Gürcüstan Azərbaycandan mis filizi və konsentratların idxalını ötən il 67% azaldıb
  • Clock-gray 14:50
  • calendar-gray 23 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi mis filizi və konsentratların həcmi əvvəlki illə müqayisədə 3 861,3 ton və ya 67,1% azalaraq 1 892,1 ton təşkil edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Gürcüstan tərəfindən Azərbaycana ödənilən məbləğ 4 333,1 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 396,3 min dollar və ya 66% azdır.

2018-ci ildə Gürcüstan Azərbaycandan 12 729,4 min dollar dəyərində 5 753,4 ton məhsul ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date