Gürcüstan Azərbaycandan qida yağlarının idxalını 34% artırıb

Gürcüstan Azərbaycandan qida yağlarının idxalını 34% artırıb
  • Clock-gray 12:25
  • calendar-gray 23 Yanvar 2020

2019-cu ildə Gürcüstan Azərbaycandan 1 820,3 ton bitki və heyvan mənşəli yağlar idxal edib ki, bu da əvvəlki illə müqayisədə 33,5% və ya 456,9 ton çoxdur.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycana ödənilən məbləğ 2 354,0 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 376,4 min dollar və ya 19% çoxdur.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan Azərbaycandan 1 977,6 min dollar dəyərində  1 363,4 ton bitki və heyvan mənşəli yağlar idxal edib.

2019-cu ildə Gürcüstanın Azərbaycandan marqarin idxalı isə 2 145,3 ton təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 302,8 ton və ya 12,4% azdır. İdxal edilən marqarinin ümumi dəyəri 2 184.1 min dollar təşkil edib.

2018-ci ildə isə Gürcüstan Azərbaycandan 2 444,2 min dollar dəyərində 2 448,1 ton marqarin idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date