Gürcüstan iqtisadiyyatı II rübdə 12,3% azalıb

Gürcüstan iqtisadiyyatı II rübdə 12,3% azalıb
  • Clock-gray 11:52
  • calendar-gray 18 Sentyabr 2020

Bu ilin II rübündə Gürcüstan iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə ölkədə 11 210 mln. lari dəyərində ÜDM istehsal edilib. Avtomobil satışı, topdan və pərakəndə satış sahəsində 13,2%, turizm və xidmət sahələrində 40%, nəqliyyat sahəsində 22,6%, istehsalat sahəsində 12,1%, maliyyə və sığorta sahəsində 15,5%, incəsənət, istirahət və əyləncə sahələrində 24,1% azalma qeydə alınıb.

Cari ilin II rübündə ticarət, daşınmaz əmlak sahələrindəki fəaliyyətlər ÜDM-də ən çox paya malik olub – 14,6%.

Səid Babazadə

Digər xəbərlər