İSB-yə saxta sığorta müqavilələrinin satılmasına dair məlumatlar daxil olub

İSB-yə saxta sığorta müqavilələrinin satılmasına dair məlumatlar daxil olub
  • Clock-gray 16:32
  • calendar-gray 30 Oktyabr 2020

Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair İcbari Sığorta Bürosuna (İSB) xaricdə fəaliyyət göstərən “Yaşıl kart” büroları tərəfindən məlumatlar daxil olub.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən Azərbaycanda qeydiyyatdan keçən avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.

Vətəndaşlardan xahiş olunur ki, xarici ölkələrə səfər zamanı “Yaşıl kart” sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:

1. “Yaşıl kart” blankında yuxarıda solda yerləşən İSB-nin loqosunun olmasına;

2. "Yaşıl kart"ın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8-ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;

3. "Yaşıl kart"ı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə.

Hüseyn Vəliyev

Digər xəbərlər