“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq

“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq
  • Clock-gray 12:14
  • calendar-gray 03 İyun 2020

Milli Məclisin növbədənkənar sessiyasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə APA-ya açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bu qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi komitənin də iş planına daxil edilib: “Növbədənkənar sessiyanın sonuna qədər biz bu qanun layihəsinə baxmalıyıq. Komitədə bununla bağlı İşçi qrup yaradılıb, artıq 1 aya yaxındır ki, qanun layihəsi üzərində iş gedir. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib”.

Qeyd edək ki, “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının İşlər Planına daxil edilsə də, yaz sessiyasında qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Firuzə Vahid

Digər xəbərlər