Mark Zukerberqin sərvəti 100 mlrd. dolları ötüb

Mark Zukerberqin sərvəti 100 mlrd. dolları ötüb
  • Clock-gray 12:22
  • calendar-gray 07 Avqust 2020

“Facebook” sosial şəbəkəsinin qurucusu, sahibkar Mark Zukerberqin bugün xalis sərvəti ilk dəfə olaraq 100 mlrd. ABŞ dollarını keçdi.

"APA-Economics"in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Zukerberq bunun sayəsində "Bloomberg Billionaires Index" renkinqində Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş meneceri Bernar Arnonu geridə qoyaraq üçüncü yerə yüksəldi.

Qeyd edək ki, təkcə bu il “Facebook”un qurucusu öz xalis sərvətini 22 mlrd. dollar artırıb. Sahibkarın sərvətinin böyük hissəsi onun “Facebook”dakı 13%-lik payından əldə edilir.

Xatırladaq ki, hazırda “Bloomberg Billionaires Index” renkinqinə ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos liderlik edir. Bezosun xalis sərvəti təkcə bu il 75,3 mlrd. dollar artaraq hazırda 190 mlrd. dollar təşkil edir. İkinci yerdə isə “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts qərarlaşıb. (120 mlrd. dollar). Dördüncə yerə enən Bernar Arnonun sərvəti isə 81,4 mlrd. dollara bərabərdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər