Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,6% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 0,6% artıb
  • Clock-gray 10:18
  • calendar-gray 12 Avqust 2020

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,6% artaraq 1 574 282,9 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 3 420,9 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yanvar-iyul aylarında sənaye üzrə 648 741,2 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini (müqayisəli qiymətlər üzrə) 0,9% üstələyib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər