Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 1% artıb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 1% artıb
  • Clock-gray 14:12
  • calendar-gray 22 Fevral 2020

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında (MR) ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 173 mln. manatı üstələyib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 376,4 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin ilk ayında sənaye üzrə 93,69 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini 1% üstələyib.

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar ayında Muxtar Respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 mln. manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1% çoxdur. Əsas kapitala yönəldilən vəsaitin 34,1 mln. manatı və ya 92,1%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date