"Naxçıvanbank"ın xalis mənfəəti azalıb

"Naxçıvanbank"ın xalis mənfəəti azalıb
  • Clock-gray 15:56
  • calendar-gray 24 Yanvar 2020

"Naxçıvanbank” ASC-nin aktivləri illik 18% artaraq 1 yanvar 2020-ci il tarixinə 232 021,67 min manat təşkil edib.

"APA-Economics"in bankın illik hesabatına istinadən verdiyi xəbərə görə, müştərilərə verilən kreditlərin məbləği 92 446,24 min manat olub ki, bu da 2018-ci illə müqayisədə 43% çoxdur.

Bankın cəmi öhdəlikləri 25,5% artaraq 148 516,48 min manata yüksəlib. Öhdəliklərin 95 567,15 min manatını depozitlər əhatə edib. Hesabat ilin depozit portfelinin həcmi 26,6% artıb. Hesabata əsasən portfelin  14 150,03 min manatı xarici valyutada yerləşdirilib.

1 yanvar 2020-ci il tarixinə bankın nizamnamə kapitalı 77 250 min manat təşkil edib.

Hesabata əsasən bank ötən il ərzində 5 179,26 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 4,6% azdır. Bank ötən il mənfəətdən 1 339,76 min manat vergi ödəyib.

Qeyd edək ki, "Naxçıvanbank" ASC Azərbaycanın ilk regional bankıdır və 11 sentyabr 2008-ci il tarixindən fəaliyyət göstərir. Bankın səhmlərinin 100%-i dörd nəfər fiziki şəxsə məxsusdur.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date