Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,8% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,8% artıb
  • Clock-gray 10:25
  • calendar-gray 12 Avqust 2020

Bu ilin yanvar-iyul ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 32 216,7 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 79,6%-i mobil rabitənin payına düşüb. Bu ilin yeddi ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,8% üstələyərək 25 657,4 min manat təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər