Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri il 3,7% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri il 3,7% artıb
  • Clock-gray 13:02
  • calendar-gray 22 Fevral 2020

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 4,73 mln. manata bərabər olub.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 78%-i mobil rabitənin payına düşüb. Bu ilin yanvar ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin yanvar ayının göstəricisini 3,7% üstələyərək 3,18 mln. manat təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date