Neft Fondunun qızıl gəlirləri kəskin artıb

Neft Fondunun qızıl gəlirləri kəskin artıb
  • Clock-gray 16:05
  • calendar-gray 09 İyul 2020

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 40 914 min manat təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 2,1 dəfə azdır.

Bu barədə "APA-Economics" ARDNF-in 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.

Hesabata görə, Fondun dividend gəlirləri 46,4% artaraq 390 334 min manata, qızıl külçələr üzrə xalis gəliri isə 36,8 dəfə artaraq 1 194 590 min manata çatıb. Fondun xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis zərəri 2,7 dəfə azalaraq 524 267 min manata enib.

Bundan əlavə, ARDNF-in icarə gəlirləri 8,2 dəfə azalaraq 32 937 min manat təşkil edib. Beləliklə, hesabat dövründə Fondun cəmi əməliyyat gəlirləri 4 443 032 min manat təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ARNDF-in cəmi əməliyyat zərəri 703 358 min manata bərabər idi.

Mirsəid İbrahimzadə

Digər xəbərlər