Ötən il "Bakı Metropoliteni" QSC-nin reklam gəlirləri azalıb

Ötən il "Bakı Metropoliteni" QSC-nin reklam gəlirləri azalıb
  • Clock-gray 13:51
  • calendar-gray 26 İyun 2020

"Bakı Metropoliteni" QSC-nin 2019-cu ildə reklam yayımından gəliri 2,565 mln. manat təşkil edib ki, bu da 2018-ci ilə müqayisədə 10,8% azdır.

"APA-Economics"in QSC-nin maliyyə vəziyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə, bundan başqa ötən il "Bakı Metropoliteni"in bankomatlar və POS terminallarına xidmət göstərilməsindən gəliri 2,1 dəfə artaraq 805,384 min manat təşkil edib.

Qeyd edək ki, QSC-nin hesabat dövründə ticarət obyektlərinə xidmət göstərilməsindən gəliri isə 45,2% artaraq 210,432 min manata çatıb.

Beləliklə hesabat dövründə "Bakı Metropoliteni” QSC-nin cəmi gəlirləri 5,706 mln. manat təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 1% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər