Peşəkar kadrları ən çox cəlb edən dünya şəhərlərinin reytinqi açıqlanıb - TOP-10

Peşəkar kadrları ən çox cəlb edən dünya şəhərlərinin reytinqi açıqlanıb - TOP-10
  • Clock-gray 14:00
  • calendar-gray 26 Fevral 2020

Ən çox istedadlı mütəxəssis və ixtisaslı kadrları cəlb edən dünya şəhərlərinin reytinqi açıqlanıb ("2020 Global Talent Competitiveness Index" –  "2020 Qlobal İstedad Rəqabətliliyi İndeksi").

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahı hazırlanarkən 132 ölkənin 155 şəhəri təhlil edilib. Mütəxəssislər süni intellektin və rəqabət qabiliyyətinin inkişafına diqqət ayırıblar. Ümumiyyətlə, istedadlı mütəxəssislər üçün rəqabət və cəlbedicilik səviyyəsi 68 parametr üzrə qiymətləndirilib.

Qeyd edək ki, reytinqin məqsədi dünya şəhərlərinin istedadların inkişafına sərf etdiyi mənbələri və səyləri, eləcə də insan kapitalının keyfiyyətini qiymətləndirməkdir. 

İstedadlı mütəxəssisləri cəlb edən dünyanın ən rəqabətli şəhərləri: 

#

Şəhər

İndeks

1

Nyu-York

73,7

2

London

71,7

3

Sinqapur

71,4

4

San-Fransisko

68,1

5

Boston

66,8

6

Honkonq

66,4

7

Paris

65,7

8

Tokio

65,7

9

Los-Anceles

62,8

10

Münhen

61,9

APA-Economics

Digər xəbərlər