"Rabitəbank" aktivlərini 32%-dək artırıb

"Rabitəbank" aktivlərini 32%-dək artırıb
  • Clock-gray 09:53
  • calendar-gray 23 Oktyabr 2020

Azərbaycanın aparıcı banklarından biri olan “Rabitəbank” ASC cari ilin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.Hesabata əsasən, bank ötən rüb də əsas maliyyə göstəriciləri üzrə dinamik inkişafını davam etdirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 oktyabr 2020-ci il tarixinə bankın aktivləri 862 mln. manatdan çox olub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,86% artım deməkdir. 2019-cu ilin III rübündə açıqlanmış maliyyə göstəricisi ilə müqayisədə bu il bank 28,57% artım göstərərək əməliyyat mənfəətini 13,538 mln. manata yüksəldib. Bankın dövr üzrə xalis mənfəəti isə 3,844 mln. manat təşkil edib.

“Rabitəbank”ın kredit portfelin həcmi isə 394 mln. manat təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8% artım deməkdir. Bankın depozit portfelində də müsbət nəticələrə rast gəlinir. Belə ki, fiziki şəxs, sahibkar və hüquqi şəxslərin depozit portfeli 34,74%, yəni 150 mln. manat artaraq 582,321 mln. manat təşkil edib.

Gəlir-xərc hesabatına əsasən, bu dövr ərzində “Rabitəbank”ın faiz gəlirləri əvvəlki il ilə müqayisədə 9,83% artaraq 34 mln. manat, qeyri-faiz gəlirləri isə 36,6% artaraq 9 mln. manat təşkil edib.

Hesabat dövründə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunub. Belə ki, “Caspian Business” mərkəzində bankın paytaxtda 12-ci, ölkə üzrə 27-ci xidmət məntəqəsi olan “Kaspian” filialı müştərilərin istifadəsinə verilib.

APA-Economics

Digər xəbərlər