"Rabitəbank"ın aktivləri 1 mlrd. manata yaxınlaşır

"Rabitəbank"ın aktivləri 1 mlrd. manata yaxınlaşır
  • Clock-gray 12:00
  • calendar-gray 02 İyun 2020

Aktivlərin həcminə görə ölkənin 10 ən böyük banklardan biri olan “Rabitəbank” ASC 31 may 2020-ci il tarixinə əsasən maliyyə göstəricilərini açıqlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-may ayları ərzində bank aktivləri 26% artaraq 934 mln. manata çatıb.

Bundan əlavə, cari ilin əvvəli ilə müqayisədə “Rabitəbank”ın kredit portfeli 4% artaraq 400 mln. manat olub. Hesabat dövründə bankda olan müştəri depozitlərinin həcmində də ciddi artım müşahidə edilib. Belə ki, müştəri əmanətləri ilin əvvəlindən 32%, yəni 165 mln. manat artaraq 686 mln. manata çatıb.

Bu göstəricilərlə yanaşı bankın 31 may 2020-ci il tarixinə məcmu kapitalı 104 mln. manat təşkil edir ki, bu da tələb olunan minimum kapital tələbindən iki dəfə çoxdur. Hazırkı maliyyə göstəricilərinə əsasən, “Rabitəbank” stabil və dinamik inkişaf trendini qoruyub saxlamaqla yüksək likvidlik və güclü kapital mövqeyinə malikdir.

2019-cu ildə il korporativ imicini yeniləyən “Rabitəbank” fəaliyyət dairəsini daim genişləndirməkdədir. Biznesin inkişaf etdirilməsi ücün kreditlərlə yanaşı bank çoxfunksiyalı mobil tətbiqi və unikal keşbək sistemli “Kartmane” kartı ilə müştərilərini rahat bankçılıq imkanları ilə təmin edib.

APA-Economics

Digər xəbərlər