"Rabitəbank"ın reklam layihəsi beynəlxalq festivalda qızıl medala layiq görülüb ®

"Rabitəbank"ın reklam layihəsi beynəlxalq festivalda qızıl medala layiq görülüb ®
  • Clock-gray 11:37
  • calendar-gray 31 May 2020

“Rabitəbank” ASC-nin “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası beynəlxalq müsabiqədə Azərbaycana ilk qızılı gətirdi.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən bu günədək aktual mövzu olan COVİD-19 pandemiyası ilə əlaqədar dünyada qeyri-müəyyənlik hökm sürür, insanlar normal rutinində alışmadıqları dəyişikliklərə məcbur olurlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusən bu günlərdə insanlara virusdan qorunmaq üçün bir çox çağırışlarla səslənib. Bunlardan biri də gündəlik həyatımızda icra etdiyimiz nağd ödəmə üsuluna aiddir. Bir kağız əsginas gün ərzində əldən-ələ hesabsız dövriyyə edir. Bu da koronavirusun kağız əsginasla keçmə təhlükəsini istisna eləmir.

ÜST-ün çağırışına dəstək olaraq “Rabitəbank” da hər kəsi nağdsız ödəniş əməliyyatlarına üstünlük verməyə səslədi. “Rabitəbank”ın üstün keşbək sisteminə malik taksit və debit kartı “Kartmane”, “PayPass Sticker” kimi innovativ məhsulları ilə nağdsız ödəniş sistemi müştərilərinin həyat tərzinə çevrilməkdədir. Bu tədbirə diqqəti gücləndirmək üçün “Rabitəbank” “Endorphin” reklam agentliyi ilə birgə “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası hazırladı. Posterlərdə əsas məqsəd dünyada ən çox istifadə olunan 3 valyutada əks olunmuş şəxsləri tibbi maska ilə təsvir etməklə nağdsız ödənişin təhlükəsizliyini insanlara çatdırmaq idi.

Paylaşıldığı gündən etibarən posterlər sosial mediada geniş səs doğuraraq Gürcüstan, Türkiyə, Qazaxıstan, Rusiya, Yaponiya və bir çox Avropa ölkələrinin reklam və marketinq platformalarında paylaşıldı. Hər il keçirilən Kiyev Beynəlxalq Reklam Festivalına (KIAF) qatılmaqla bu poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafata layiq görüldü. Bu layihə həm də digər kateqoriyalarda da bir gümüş və iki bürünc mükafat qazanmaqla ümumilikdə 5 mükafatla festivalın TOP-10-a daxil oldu. Qeyd edək ki, Azərbaycan reklam sənayesi üçün bu festivaldan həm qızıl, həm də eyni işlə 5 mükafat qazanmaq bir ilk idi.

APA-Economics

Digər xəbərlər