Rusiya bankları maaşların verilməsi üçün sahibkarlara faizsiz kreditlər verəcək

Rusiya bankları maaşların verilməsi üçün sahibkarlara faizsiz kreditlər verəcək
  • Clock-gray 16:00
  • calendar-gray 06 Aprel 2020

Rusiyanın kommersiya bankları aprelin 8-dən etibarən əməkhaqqının ödənilməsi üçün sahibkarlara faizsiz kreditlərin verilməsinə başlayacaq.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş Nazirinin birinci müavini Andrey Belousovun katibliyindən bildirilib.

Aprelin 8-dən etibarən Rusiya bankları aylıq məvaciblərin verilməsi məqsədilə müəssisələrə faizsiz kreditlər verməyə başlayacaq.

Rusiya Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən kommersiya banklarına, o cümlədən “Sberbank”, VTB və “Promsvyazban”a 150 mlrd. rubl (təxminən 1,963 mlrd. ABŞ dolları) ayıracaq.

APA-Economics

Digər xəbərlər