Rusiyada kommunal xidmətlər bahalaşıb

Rusiyada kommunal xidmətlər bahalaşıb
  • Clock-gray 11:58
  • calendar-gray 01 İyul 2020

Bu gündən Rusiyada mənzil-kommunal xidmətlərinin tarifləri artıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkə üzrə orta artım 4% təşkil etdi. Rusiya hökuməti ölkənin hər bir bölgəsi üçün "kommunal mənzil" üçün vətəndaşların məcmu ödəmələrinin maksimum artımını məhdudlaşdıran indekslər müəyyənləşdirib.

Ən minimal bahalaşma Nenets Muxtar Dairəsində – 2,4%, maksimal bahalaşma isə Çeçenistan Respublikasında qeydə alınıb – 6,5%.

Moskvada kommunal xidmətlər 5%, Sankt-Peterburqda isə 3,8% bahalaşıb.

APA-Economics

Digər xəbərlər