"S&P" Azərbaycanın reytinqinin növbədənkənar qiymətləndirilməsini həyata keçirir

"S&P" Azərbaycanın reytinqinin növbədənkənar qiymətləndirilməsini həyata keçirir
  • Clock-gray 20:40
  • calendar-gray 26 Mart 2020

 “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirmə aparmasa da ölkə üzrə verdiyi proqnozla tanışıq və aşağı neft qiymətləri şəraitində belə ölkəmizin böhrana qarşı dayanıqlı olmasının dünyanın aparıcı üç reytinq agentliyindən biri tərəfindən bildirilməsi müsbət haldır”.  

Bunu APA-nın sorğusu əsasında Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozunu şərh edərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda "Standard & Poor’s" ("S&P)  agentliyi də dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın reytinqinin növbədənkənar qiymətləndirilməsini həyata keçirir və müvafiq hesabatın agentlik tərəfindən bu günlərdə dərc olunması gözlənilir.

 “Bir qayda olaraq "S&P" agentliyi reytinq qiymətləndirilməsini ildə iki dəfə keçirir, yanvar və iyul aylarında. Sonuncu qiymətləndirmə cari ilin yanvar ayının 25-də keçirilmişdir. Zənnimizcə, agentlik növbədənkənar qiymətləndirmədə də Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini dəyişməyərək mövcud səviyyədə yenidən təsdiq edəcəkdir”, deyə M.Piriyev qeyd edib. 

Qeyd edək ki, dünyanın nüfuzlu reytinq agentliklərindən olan “Moody's”  ötən gün qlobal iqtisadiyyatla bağlı proqnozlarını açıqlayıb. Agentliyin açıqlamasında qeyd olunur ki,  qlobal bazarlarda əmtəə malları, ələlxüsus neftin qiymətinin kəskin ucuzlaşması neft ixrac edən ölkələrin  iqtisadiyyatlarına mənfi təsirlər göstərsə də,  Azərbaycan, Rusiya, Qətər və Qazaxıstan kimi maliyyə mövqeyi güclü və aşağı neft qiymətlərinə qarşı dözümlü olan ölkələrin kredit reytinqlərinə təsir göstərməyəcək.

Proqnozda bildirilir ki, ölkələrin indiyədək yığılmış ehtiyatları neftin qiymətinin azaldığı bu durumda onlara çox kömək edəcək. Azərbaycan, Qazaxıstan, Küveytin likvid maliyyə ehtiyatları onların dövlət borcunu əhəmiyyətli dərəcədə üstələyir və ehtiyatları çox olduğu üçün isə bu ölkələrin maliyyə dayanıqlılığı daha yüksəkdir. 

Nicat Mustafayev

Digər xəbərlər

Arxiv

date