"S&P" "Azərenerji"nin reytinqini "BB" səviyyəsində təsdiqləyib

"S&P" "Azərenerji"nin reytinqini "BB" səviyyəsində təsdiqləyib
  • Clock-gray 16:40
  • calendar-gray 27 Fevral 2020

"S&P Global Ratings" beynəlxalq agentliyi ("S&P") "Azərenerji" ASC-nin kredit reytinqini 4 pillə yüksəldərək "BB" səviyyəsində təsdiqləyib və reytinq üzrə proqnozunu sabit saxlayıb.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "S&P" tərəfindən reytinqin "BB" səviyyəsində təsdiqləməsi "Azərenerji" ASC-nin davamlı və fövqəladə dövlət dəstəyindən faydalanması gözləntiləri və Azərbaycanın maliyyə çətinliyi vəziyyətində "Azərenerji"yə vaxtında və kifayət qədər fövqəladə dövlət dəstəyinin verilməsi ehtimalını çox yüksək olması ilə əsaslanır. Stabil proqnoz isə dövlət dəstəyinin yüksək ehtimalını və şirkətin açıq dövlət zəmanəti olmadan likvidlik təzyiqinə məruz qalmayacağını və üçüncü şəxslərdən borc almayacağını göstərir.

"Tariflərin kapital xərclərinin və borc xidmətinin tam həcmini maliyyələşdirmək üçün yetərli səviyyələrə qaldırılacağını gözləməsək də, daxildə generasiya olunan nağd pul axını, habelə dövlət kreditləri və kapital qoyuluşları "Azərenerji"nin öz aktiv bazasının modernləşdirilməsi ehtiyaclarını ödəməlidir", - reytinq agentliyinin məlumatında deylir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date