"Standard Insurance"ın müştərilərinə 800 min manat kompensassiya ödənilib

"Standard Insurance"ın müştərilərinə 800 min manat kompensassiya ödənilib
  • Clock-gray 12:05
  • calendar-gray 18 Sentyabr 2020

İcbari Sığorta Bürosu (İSB) müflis elan edilən “Standard Insurance” sığorta şirkəti üzrə təqribən 800 min manat kompensasiya ödənilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın qərarı ilə “Standard Insurance”ın sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilən və məhkəmənin müflis olma ilə əlaqədar verilən qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.

Qanunvericiliyə uyğun olaraq İSB şirkətlə bağlanan icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlamış və bir gün ərzində təqribən min nəfər şəxsə kompensasiya ödənişi həyata keçirilib.

Sığorta məhsullarının istehlakçılarının hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilən müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin yaradıb.

Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu, ikinci haldır. 2017-2018-ci illər üzrə “Alfa Sığorta” şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 min manat kompensasiya ödənişi həyata keçirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər