Türkiyənin ixracı mayda 40%-dən çox azalıb

Türkiyənin ixracı mayda 40%-dən çox azalıb
  • Clock-gray 11:25
  • calendar-gray 03 İyun 2020

Bu ilin may ayında Türkiyənin ixracı illik ifadədə 40%-dən çox azalaraq 10 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Daily Sabah"a istinadən xəbər verir ki, ixracın kəskin azalmasının səbəbi kimi COVID-19 pandemiyasına görə azalan qlobal tələb göstərilir. Lakin mütəxəssislər qeyd edir ki, böhrandan sonra ölkəni yeni imkanlar və sürətli bir bərpa prosesi gözləyir.

Eyni zamanda, ölkənin idxalı illik 27,7% azalaraq 13,4 mlrd. dollara enib. Aralıq və investisiya mallarının idxalı ümumi dövriyyənin 91,2%-ni təşkil edib ki, bu da gələcək dövr üçün istehsalın və ixracın artmasını vəd edir.

Qeyd edək ki, illik müqayisədə ixracın azalmağına baxmayaraq, aylıq müqayisədə qonşu ölkənin ixracı 10,8% artıb. May ayında Türkiyənin əsas ticarət tərəfdaşı olan Aİ-yə ixracı 4,53 mlrd. dollar təşkil edərək ölkənin ümumi ixracında 45,4%-nə bərabər olub.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan yeni dərc olunan məlumatları şərh edərək bildirib ki, mayda ölkənin digər əsas ixrac bazarları Almaniya (919 mln. dollar), ABŞ (881 mln. dollar) və İraq (602 mln dollar) olub.

Bundan əlavə, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, mayda Azərbaycana tədarük 39,1 mln. dollar artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər