Yankauskas: "Aİ Azərbaycanla 27 mln. avroluq müqavilə bağlamağa yaxındır"

Yankauskas: "Aİ Azərbaycanla 27 mln. avroluq müqavilə bağlamağa yaxındır"
  • Clock-gray 11:20
  • calendar-gray 30 İyun 2020

Avropa İttifaqı (Aİ) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə 27 mln. avro məbləğində müqavilə bağlamağa yaxındır. Müqavilə iki ili əhatə edəcək.

"APA-Economics"in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.

Müqavilənin 90%-nin artıq hazır olduğunu bildirən K. Yankauskas onu da qeyd edib ki, bu vəsaitlər Azərbaycanın COVID-19 pandemiyasının mənfi təsirlərini yumşaldılması üçün nəzərdə tutulan tədbirlərə və əsasən də KOB-lara yönələcək. O əlavə edib ki, maliyyələşdirmə mexanizmləri çevik olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər