Azərbaycan Beynəlxalq Bankında sahibkarlarla görüş keçirilib

Azərbaycan Beynəlxalq Bankında sahibkarlarla görüş keçirilib
  • Clock-gray 15:42
  • calendar-gray 20 Noyabr 2019

Azərbaycan Beynəlxalq Bankının müştərisi olan 30-a yaxın kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iştirakçılar arasında sıx kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər.

Qeyd edək ki, sahibkarlara xidmət səviyyəsini qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib. Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5 ballıq sistemlə qiymətləndiriblər. 

Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da davam etdiriləcəyini bildirib: “Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”. 

Digər xəbərlər

Arxiv

date