Azərbaycanda ictimai iaşə dövriyyəsi 6% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6% artıb
  • Clock-gray 10:47
  • calendar-gray 20 Noyabr 2019

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7% artaraq 1 251,5 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2%-i hüquqi şəxslərin, 57,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 522,8 mln. manat təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date