Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb
  • Clock-gray 10:36
  • calendar-gray 22 Noyabr 2019

Sentyabr ayında Azərbaycanda ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz, 2019-cu ilin ilk üç rübündə isə 2,5 faiz artıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Dünya Bankının (DB) “Azerbaijan Monthly Economic Update – November 2019” adlı hesabatında bildirilib.

Xatırladaq ki, 2019-cu il üçün DB Azərbaycanda ÜDM-in 2,8% artacağını proqnozlaşdırır.

Hesabatda deyilir ki, sentyabr ayında karbohidrogen hasilatı durğunluq yaşasa da, qeyri-neft və qaz sektorlarında fəal məhsul buraxılışı gedir. DB-nın hesabatına görə, 2019-cu ilin doqquz ayı ərzində qeyri-karbohidrogen sektorunda 2018-ci ilin eyni dövrü ilə müqayisədə artım 3,5% -ə çatıb, karbohidrogen sektorundakı artım isə 1,1% -ə qədər yavaşlayıb.

Tələbat baxımından isə, sentyabr ayında investisiyaların həcmi, xüsusilə də qeyri-neft və qaz sektorlarına artdı, lakin ilin əksər hissəsi üçün mənfi artım templərini qarşılamaq üçün kifayət etməyib. İstehlakın artması, real əmək haqqının 6.5 faiz artması və məşğulluğun yüksəlişi ilə əlaqələndirilib.

Bundan əlavə, sentyabr ayında İKT xidmətlərində artım tempi azalsa da, digər xidmət sektorlarında, o cümlədən ticarətdə orta səviyyədə artım qeydə alınıb.
 

Digər xəbərlər

Arxiv

date