Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək

Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək
  • Clock-gray 21:02
  • calendar-gray 27 Fevral 2020

 

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşüb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə gürcüstanlı nazir özü məlumat verib. 

Bildirib ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin daha əvvəl Tbilisiyə səfəri çərçivəsində müzakirə edilmiş birgə enerji və logistika layihələri diqqətdə saxlanılıb. 

Bundan başqa  Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin tamamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib. 

Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanla Qara Dənizdə tamamilə yeni bir layihənin icrasına başlayacaq və layihəyə Azərbaycanın müvafiq dövlət və ya özəl strukturları cəlb ediləcək: "Mən həmkarımı Gürcüstanı Avropa İttifaqı energetika bazarına bağlayacaq Qara Dənizin dibi ilə  yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi təşəbbüsü ilə tanış etdim. Əgər region, xüsusilə də  Gürcüstanda elektrik enerjisi çatışmazlığı olduğu dövrlərdə elektrik enerjisi təchizatında iştirak edən bizim etibarlı tərəfdaşımız Azərbaycan maraq göstərdiyi təqdirdə, layihə böyük kommersiya imkanları təqdim  edəcək".

N.Turnava bu layihənin  Orta Koridorun rəqabət qabiliyyətliliyinə töhfə verəcəyini qeyd edib. 

Qeyd edək ki, N.Turnava iki günlük səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date