Azərbaycanda anadan olmuş tanınmış dramaturq Leonid Zorin vəfat edib

Azərbaycanda anadan olmuş tanınmış dramaturq Leonid Zorin vəfat edib
  • Clock-gray 12:13
  • calendar-gray 31 Mart 2020

Rusiyanın tanınmış dramaturqu Leonid Zorin vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə TASS-a onun həyat yoldaşı məlumat verib. L. Zorin bu gecə 96 yaşında ürək tutmasından dünyasını dəyişib. Həyat yoldaşı dramaturqun uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.

Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman) 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb. O, “Dostlar və illər” (1962), “Varşava melodiyası” (1967), “Pokrov darvazaları” (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir.

Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib.

Bundan başqa, L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib.

Orden və medallarla təltif olunub.

apa-logo-mini

Digər xəbərlər