Bakı sakini işlədiyi mağazadan 4 min manatlıq oğurluq edib

Bakı sakini işlədiyi mağazadan 4 min manatlıq oğurluq edib
  • Clock-gray 12:18
  • calendar-gray 13 İyul 2020

Bakıda 4 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Bakı şəhər sakinləri H.Zeynallı və A.Ağayev Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 36-cı Polis Bölməsinə gətiriliblər.

Onların əllərindəki sellofan torbaya baxış zamanı 4000 manat dəyərində mobil telefon aksesuarları, habelə A.Ağayevdən marixuana aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların qeyd edilən əşyaları H.Zeynallının işlədiyi mağazadan oğurlamaları müəyyən edilib.

Araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər