Daha 28 Moskva sakini koronavirus infeksiyasının qurbanı olub

Daha 28 Moskva sakini koronavirus infeksiyasının qurbanı olub
  • Clock-gray 00:34
  • calendar-gray 10 İyul 2020

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 28 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4087-yə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 227,4 min Moskva sakini koronavirusa yoluxub, 162 mindən çox xəstə isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiyada indiyədək 707 301 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6509 nəfər bu virusa yoluxub, 176 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 10 843 nəfərdir, indiyədək 481 316 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər