Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb

Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb
  • Clock-gray 21:09
  • calendar-gray 20 Fevral 2020

Dəniz quldurları Nigeriyanın Laqos şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən tankerə hücum edərək 10 dənizçini qaçırıblar.

APA-nın yerli bürosu xəbər verir ki, qaçırılan dənizçilərdən dördünün Gürcüstan vətəndaşı olduğu bildirilir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik gəmi sahibi ilə əlaqə saxlayır və vətəndaşların kimliyi dəqiq müəyyənləşdirildikdən sonra qaçırılanların ailələrinə ətraflı məlumat veriləcək.

Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin sözlərinə görə, vətəndaşların sərbəst buraxılması istiqamətində fəal işə başlanılıb və tərəfdaş ölkələrlə əlaqə saxlanılır.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date