Dumanın "Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb

Dumanın "Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb
  • Clock-gray 12:57
  • calendar-gray 16 Yanvar 2020

Rusiya Dövlət Dumasnın Kommunist Partiyası fraksiyası Baş Nazir vəzifsində namizəd Mixail Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bildirib. O, "Kommunist" fraksiyasının Mixail Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyinin səbəbini belə izah edib: "Mişustinin proqramı və Nazirlər Kabinetinin tərkibinin məlum deyil".

"Ədalətli Rusiya" fraksiyası isə M. Mişustinin namizədliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülən federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq. Bu səbəbdən Dumada Mixail Mişustinlə Dumanın fraksiyaları arasında görüş keçirilir. "Vahid Rusiya", "Liberal Demokratlar" fraksiyaları artıq Mişustinin namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date