Ermənistanda COVID-19-a yoluxanların sayı 47 667 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 47 667 nəfərə çatıb
  • Clock-gray 10:56
  • calendar-gray 22 Sentyabr 2020

Ermənistanda son sutka ərzində 115 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47 667 nəfərə çatıb.

Son sutkada virusdan daha 2 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 938 nəfərə çatıb.

apa-logo-mini

Digər xəbərlər